Həkimlər Klinikamızın Həkimləri

Optimed klinikası, tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Optimedin bir tibb mərkəzi kimi Sizlərin sevgi və sayğınızı qazanmağında professional həkimlərimizin rolu böyükdür. Klinikada ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssisləri uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarmışlar.

Səfərov Azər

Səfərov Azər

Baş Həkim

Səfərov Azər Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətininin Stomatoloji Poliklinikasının Baş Həkimi vəzifəsində çalışıb. 2013-cü ildən OPTIMED Klinikasının Baş Həkimidir.

Əliyeva Minarə

Əliyeva Minarə

Radiologiya üzrə Mütəxəssis, Həkim-Rentgenoloq

Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsini bitirdikdən sonra Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda iş təcrübəsindən keçmişdir. A.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutu, Rentgen-Spesializasiya Kursu (1987), Bakı İdarəetmə və Politologiya İnstitutu Beynəlxalq Biznes Məktəbi, Menecment (1993), A.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutu, Rentgen-Təkmilləşmə Kursunu (2007) bitirmişdir. Xaricdə tibb təhsili: Salzburg-Cornell University Medical Seminar in Diagnostic Imaging, Salzburg (Austria, 1997), American-Austrian Foundation, Salzburg General Hospital, Internship in Diagnostic Imaging/KT/ (1998), American-Austrian Foundation, Salzburg General Hospital (Avstriya), Internship in Diagnostic Imaging/MRT/ (1999), European Radiology Association, Medical Seminar in Diagnostic Imaging, University of Graz (Avstriya, 2001), Canadian Society for International Health, Medical Seminar Evidence-Based Medicine (2005)
Kategorialar: 27 Noyabr 1990 289-K N-li əmr: 2-ci kategoriya
26 May 1994 - 292-K N-li əmr: 1-ci kategoriya
Radiologiya üzrə mütəxəssis (X-ray, KT, MRT), həkim-rentgenoloq Əliyeva Minarə Hüseyn qızı bir sıra tibb jurnallarında yayımlanan məqalələrin müəllifi, attestasiyalar, konfranslar və seminarların iştirakçisıdır. Dövlət klinikalarından Şəhər Onkoloji Dispanser, Mikrobiologiya İnstitutu, Toksikologiya Mərkəzi, Uşaq Nevroloji Dispanser, 16 saylı Poliklinikada və Nəbz, Yaşam, City Hospital, MediSina, Miamed, Intenational Medical Centre 1 özəl klinikalarında iş təcrübəsi var. 2014-cü ilin fevral ayından Optimed Tibb Mərkəzində çalışır.

Lütfəlizadə Elxan

Lütfəlizadə Elxan

Stomatoloq

Həkim-stomatoloq Lütfəlizadə Elxan 1957-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitunu bitirib. 1980-1983-cü illərdə təyinatla Şəki Şəhərində Stomatoloji Poliklinikada həkim-stomatoloq vəzifəsində çalışıb. 1984-1999-cu illərdə Bakı şəhəri Təsərrüfat hesablı Poliklinikada həkim-stomatoloq vəzifəsində çalışıb. Bakı Şəhər Müdafiə Nazirliyinin Stomatoloji poliklinikasında həkim-stomatoloq işləyib. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində həkim-stomatoloq vəzifəsində çalışıb. 2014-ci ildən "OPTIMED" klinikasında çalışır.

Baxışova Sevər

Baxışova Sevər

Oftalmoloq

Həkim oftalmoloq Baxışova Sevər 1972-ci ildə anadan olub. 1989–1995–ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsini bitirib. 1995–1996–cı illərdə Zərifə Əliyeva adına ET Göz Xəstəlikləri İnstitutunda internatura keçmişdir. 1996–2005–ci illərdə Cəlilabad Şəhəri Göz Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində çalışıb. Sonrakı illərdə Bakı şəhərində bir sıra özəl klinikalarda çalışmışdır. 2013–2014–ci illərdə Türkiyə Respublikası İstanbul Tibb Universiteti Göz Xəstəlikləri kafedrasında praktik iş təcrübəsi keçmişdir. 2014–cü ildən "OPTIMED" klinikasında çalışır. Səhiyyə Nazirliyinin nəzdində Sertifikasiya Şürasının qərarı ilə 24.10.2014–cü il tarixli AH 017580 saylı Sertifikasiya Şəhadətnaməsi almışdır.

Mirzəyeva Aytən

Mirzəyeva Aytən

Oftalmoloq

Həkim oftalmoloq 1998–2004–ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini Fərqlənmə diplomu ilə bitirib. 2005–ci ildə Z.Əliyeva adına Azərbaycan Dövlət Göz Xəstəlikləri İnstitunda həkim-interna kimi çalışıb. 2005–2006–cı illərdə Moskva Şəhərində Fyodorov Adına Göz Xəstəlikləri İnstitunda Mikrocərrahiyyə kurslarında kurs keçib. 2008–2012–ci illərdə Xəzər Klinikasında və Diaqnoz Tibb Mərkəzində çalışıb. 2008–2015–ci illərdə Atlas Tibb Mərkəzində həkim–oftalmoloq vəzifəsində çalışıb. 2013–2014–cü illərdə Türkiyənin İstanbul şəhərində İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Göz Xəstəlikləri Anabilim Dalında praktiki–staj kurslarında olub. 2014–cü ildə Azərbaycan Dövlət Səhiyyə Nazirliyinin Həkim Atestasiya kurslarından keçmiş, hazırda Optimed klinikasında həkim-oftalmoloq vəzifəsində çalışır.

Qədirova Pərvin

Qədirova Pərvin

Ultrasəs Mütəxəssisi (USM Həkimi)

USM həkimi Qədirova Pərvin 1972-ci ildə Gəncə şəhərində anadan olub. 1979-1989-cu illərdə 39 saylı orta məktəbi bitirib. 1989-1990-ci illərdə Gəncə şəhərində 2 saylı Uşaq xəstəxanasında Kiçik Tibb işçisi vəzifəsində çalışıb. 1990-1991-ci illərdə Ağdam rayonunun Mərkəzləşmiş xəstəxanasında Kiçik Tibb işçisi vəzifəsində çalışıb. 1991-1992-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin hazırlıq şöbəsini, 1992-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işlər fakultəsini bitirib. 1998-1999-cu illərdə Bakı şəhəri 1 saylı kliniki xəstəxanada həkim-interna kimi fəaliyyət göstərib. 1999-2007-ci illərdə Bakı şəhəri Nəsimi rayonu 20 saylı poliklinikada həkim-infeksionist vəzifəsində çalışıb. 2007-2008-ci illərdə Ağdam rayonu Mərkəzləşmiş xəstəxanasının poliklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışıb. 2008-2009-ci illərdə Ağdam rayonu Mərkəzləşmiş xəstəxananın poliklinika şöbəsində USM həkimi vəzifəsində çalışıb. 03.03.2014-28.03.2014-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Şüa Diaqnostika üzrə ixtisasartırma kursu keçmişdir. 16.07.2014-cü ildə Sertifikasiya üzrə test imtahanlarını keçmişdir.

Axundov Rauf

Axundov Rauf

Uroloq, Androloq, Dermatoloq

1959-cu ildə Gəncə şəhərində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktikası fakultəsini bitirib. Həmin ildən Həkim vəzifəsində çalışır. İxtisasca həkim-Dermatoloqdur. Dəfələrlə ixtisası üzrə təkmilləşdirmə kurslarını keçib. 2004-ci ildə Moskva şəhərində Andrologiya üzrə kurs keçib. 2006-cı ildə Türkiyənin İstanbul şəhərində Andrologiya üzrə praktiki iş təcrübəsi keçib.

Məsimova–Hümbətova Maral

Məsimova–Hümbətova Maral

Pediatr

1952-ci ildə Bakı şəhərində anadan olub. 1960-1970-ci illərdə 132 saylı orta məktəbi bitirib. 1970-1976-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakultəsini bitirib. 1976-1977-ci illərdə 3 saylı uşaq xəstəxanasında internatura kursunu keçib. 1977-1984-cü illərdə Bakı Şəhəri Səhiyyə Nazirliyinin göndərişi ilə N.Nərimanov rayonunun 7 saylı uşaq poliklinikasında Sahə Həkimi vəzifəsində çalışıb. 1985-ci ildən indiyədək N.Nərimanov rayonunun 7 saylı uşaq poliklinikasında Şöbə Müdiri vəzifəsində çalışır. 1994-2004-ci illərdə Ali İxtisas Dərəcəsinə layiq görülüb. 18.02.2011-ci ildə həkimlərin sertifikasiyasından keçərək, pediatriya üzrə sertifikat Şəhadətnaməsini alıb.

Nəbiyeva Natəvan

Nəbiyeva Natəvan

Ginekoloq

1980-ci ildə Sumqayıt şəhərində anadan olub. 1986-1997-ci illərdə Sumqayıt şəhər 23 saylı orta məktəbi bitirib. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsini bitirib. 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində Onkoginekologiya Şöbəsində internatura kursunu keçib. 2004-2006-ci illərdə özəl xəstəxanada Reproduktiv ginekologiya şöbəsində həkim-ginekoloq işləyib. 2007-2008-ci illərdə Rusiyanın Moskva şəhərində Piroqov adına Moskva Dövlət Tibb Universitetinin Akuşer ginekologiya kafedrasında Həkimləri Təkmilləşdirmə fakultəsində nəzəri praktiki kursunu bitirmişdir. 2008-ci ildən Milli Ankologiya Mərkəzində həkim-ginekoloq kimi fəaliyyətə davam edib. 2009-cu ildə Türkiyənin Ankara şəhərində Züleyda hanım Doğum evində 6 ay ginekoloq praktik kursu keçmişdir. 2010-2011-ci illərdə İtaliyanın Bresiya şəhərində Ginekologiya, Laporoskopiya və Endoskopiya Cərrahiyə və USM üzrə təkmilləşdirmə kursunu keçib. Hal-hazırda həkim-ginekoloq kimi fəaliyyət göstərir.

Zeynalova Ofelya

Zeynalova Ofelya

Terapevt

1956-cı ildə Zəngilan rayonu, Zəngilan kəndində anadan olub. 1973-cü ildə Zəngilan kənd orta məktəbini bitirib. 1974-1980-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1980-1981-ci ildə 5 saylı kliniki xəstəxanada internaturanı bitirib. 1982-2012-ci illərdə fasiləsiz olaraq 8 saylı şəhər poliklinikasında Həkim Terapevt kimi çalışıb. 2012-2014-ci illərdə Medi-Style klinikasında işləyib. 07.04.2015-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəznində həkimlərin sertifikasıyası imtahanından keçərək AH 016489 nömrəli sertifikasiya şəhadətnaməsi almışdır. 2014-cü ildən Optimed klinikasında çalışır.

Abdurazakova İlahə

Abdurazakova İlahə

Həkim-Laborant

04.03.1981-ci il tarixində Bakı şəhərində anadan olub. 1999-cu ildə Odlar Yurdu Universitetinin Tibbi biologiya fakultəsinə qəbul olub və 2004-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 01.08.2004-01.07.2005 tarixləri arası akademik M.A.Topçubaşov adına E.T.Klinik Təbabət İnstitutunda internatura kursu keçmiş, 01.04.2006-21.11.2011 tarixlərində "Doktor Sərxan" MMC-Tibb Mərkəzində həkim-laborant vəzifəsində çalışıb. 07.04.2014-dən 02.05.2014-cü il tarixinədək Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda tam kursu bitirərək, 17.09.2014-cü ildə Sertifikasiya Komissiyası tərəfindən keçirilən imtahandan və 02.10.2014-cü il tarixində müsahibədən keçib. 05.03.2015 tarixindən Optimed klinikasında həkim-laborant vəzifəsində çalışır.

Əliyeva Nəzakət

Əliyeva Nəzakət

Pediatr

21.09.1952-ci ildə Bakı şəhərində anadan olub. 1973-1979-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Universitetinin Pediatriya fakultəsini bitirib. 1979-1980-ci illərdə 6 saylı uşaq kliniki xəstəxanasında internaturanı müvəffəqiyyətlə keçib. 1985-2014-cü illərdə Bakı şəhəri 1 saylı uşaq infeksiyon xəstəxanasında həkim ordinator vəzifəsində çalışıb. 29.10.2012-07.12.2012 tarixində yoluxucu xəstəliklər üzrə təkmilləşdirmə kursu keçmiş. 1992-ci il infeksiya üzrə kurs. 1986-cı il ümumi Pediatr üzrə kurs. 2006-cı il tətbiqi homotoksikologiya üzrə kurs. 2007-2008-ci illərdə estetik requlator homomezoterapiya kursları. 2008-ci il anti homotoksikologiya terapiya konserum Almaniyanın Baden-Baden şəhərində Heel firması.

Məmmədova İlahə

Məmmədova İlahə

Oftalmoloq

1979-cu ildə Bakı şəhərində anadan olub. Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2004-ci illərdə Akademik Zərifə Əliyeva adina elmi tədqiqat göz xəstəlikləri institutunda həkim interna kimi çalışıb. 2005-ci ildən Bakı şəhəri 1 saylı göz xəstəxanasında həkim Oftalmoloq kimi işə başlamışdır. Oftalmologiyaya həsr olunmuş müxtəlif konfransların iştirakçısı olub.

Mirsəlimov Eldar

Mirsəlimov Eldar

Ultrasəs Mütəxəssisi (USM Həkimi)

1961-ci ildə Tacikistanın Düşənbə şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhərində 20 saylı tam orta məktəbi bitirmişdir. 1978-1984-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə İşlər fakultəsini bitirmişdir. 1985-1989-cu ildə Bakı şəhərində 16 saylı poliklinikada sahə həkimi vazifəsində çalışıb. 1989-1990-cı illərdə Moskva şəhərində Ultrasəs Mütəxəssisi (USM) üzrə kurs keçib, o vaxtdan Ultrasəs mütəxəssisi(USM) həkimi kimi fəaliyyət göstərir. 2013-2014-cü ildə Ultrasəs Mütəxəssisi(USM) üzrə təkmilləşdirmə kursu keçmişdir.

Tağıyeva Könül

Tağıyeva Könül

Oftalmoloq

1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olub. 1999-2000-ci illərdə Zərifə Əliyeva adına E.T.G.X.İnstutunda internatura keçib. 2001-ci ilin Yanvar ayından Zərifə Əliyeva adına E.T.G.X.İnstutunun uşaq şöbəsində həkim Oftalmoloq vəzifəsində işləyir.

  • Səfərov Azər

    Səfərov Azər

    Baş Həkim

  • Əliyeva Minarə

    Əliyeva Minarə

    Radiologiya üzrə Mütəxəssis, Həkim-Rentgenoloq

  • Lütfəlizadə Elxan

    Lütfəlizadə Elxan

    Stomatoloq

  • Mirzəyeva Aytən

    Mirzəyeva Aytən

    Oftalmoloq

  • Qədirova Pərin

    Qədirova Pərvin

    Ultrasəs Mütəxəssisi (USM Həkimi)

  • Axundov Rauf

    Axundov Rauf

    Uroloq, Androloq, Dermatoloq

  • Məsimova–Hümbətova Maral

    Məsimova–Hümbətova Maral

    Pediatr

  • Nəbiyeva Natəvan

    Nəbiyeva Natəvan

    Ginekoloq

  • Zeynalova Ofelya

    Zeynalova Ofelya

    Terapevt

  • Abdurazakova İlahə

    Abdurazakova İlahə

    Həkim-Laborant

  • Əliyeva Nəzakət

    Əliyeva Nəzakət

    Pediatr

  • Mirsəlimov Eldar

    Mirsəlimov Eldar

    Ultrasəs Mütəxəssisi (USM Həkimi)

  • Tağıyeva Könül

    Tağıyeva Könül

    Oftalmoloq